İman
İnancı şüurlu və səmimi yaşayır, niyyətimizi yalnız Allah üçün xalis saxlayırıq.
Mənəvi dəyərlərin keşiyində duran gənc komanda.
Qayıdış 18 fevral 2024-cü ildə Mahmud Abaslı tərəfindən təsis edilmiş gənclik layihəsidir. Əsas amalımız İslamı olduğu kimi, elmi və fəlsəfi üsullarla, gənclərin anladığı dildə çatdırmaqdır. Dini suallara əsaslandırılmış cavablar verməklə yanaşı, elm, düşüncə və özünüinkişaf mövzularına da toxunur, gəncləri doğru biliyə, sağlam düşüncəyə və gözəl əxlaqa dəvət edirik.
Komandamız yerli dini və ali təhsil müəssisələrinin tələbələrindən ibarətdir, şəri məsələlərdə isə mötəbər alimlərin rəyinə əsaslanır.
Fəaliyyətimizi istiqamətləndirən dörd əsas dayaq.
İnancı şüurlu və səmimi yaşayır, niyyətimizi yalnız Allah üçün xalis saxlayırıq.
Ağıl, elm və fəlsəfə ilə yanaşır, suallardan çəkinmir, şübhələrə əsaslandırılmış cavab veririk.
Əxlaqı, nəfsin paklanmasını və davamlı özünüinkişafı ömürlük yol bilirik.
Dilimizə, milli-mənəvi irsimizə və xalqımıza bağlı qalır, faydanı cəmiyyətə xidmətdə axtarırıq.